Dövlət qurumları əsas ərzaq məhsullarının ölkənin bütün regionlarına fasiləsiz çatdırılmasını təmin edir. Ölkədə kifayət qədər qida ehtiyatı mövcuddur.
7NEWS.Az-ın xəbərinə görə, bu məlumatı Qazaxıstanın Ticarət Nazirliyi yayıb.
Məlumatda deyilir ki, ölkənin əksər ərazilərində ticarət obyektləri adi qaydada işləyir. Bir çox obyektdə bank kartı ilə alış-veriş etmək mümkündür. Yalnız talançılıq baş verən və ya aktiv antiterror əməliyyatları aparılan ərazilərdəki ticarət obyektlərinin işində ləngimə qeydə alınıb.
7NEWS.Az








