Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
7NEWS.Az-ın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.
Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.
01.52
Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
7NEWS.Az-ın TASS-a istinadla xəbərinə görə, ali kürsü uğrunda 6 namizəd mübarizə aparır. Hazırki dövlət başçısı Kasım-Jomart Tokayev də namizədlər arasında yer alır.
Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.
7NEWS.Az








