RU
Qazaxıstanda qatar qəzası: 14 vaqon relsdən çıxdı - VİDEO
13:50
192

Qazaxıstanda qatar qəzası: 14 vaqon relsdən çıxdı - VİDEO

Qazaxıstanın Karaqanda vilayətində 14 yük vaqonu relsdən çıxıb.

Bu barədə Qazaxıstan Dəmir Yolları xəbər verir.

 

Qəza noyabrın 17-də saat 06:15-də (Bakı vaxtı ilə 04:15 - red.) baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

İlkin məlumata görə, qəza özəl şirkətlərə məxsus vaqonların nasazlığı səbəbindən baş verib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Mənbə: TASS

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ