RU
Qazaxıstanda qaz emalı zavodunda güclü yanğın olub - FOTO/VİDEO
12:30
257

Qazaxıstanda qaz emalı zavodunda güclü yanğın olub - FOTO/VİDEO

Qazaxıstanın Janaozen şəhərində yerləşən qaz emalı zavodunda güclü yanğın baş verib.

"Tengrinews” xəbər verir ki, bu barədə zavodun direktoru Nakberqen Tulepov məlumat yayıb.

 

O bildirib ki, yanğın zavodun kompressor sexində hava soyuducusunun alovlanması nəticəsində meydana gəlib.

Son məlumata görə, yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ