RU
Qazaxıstanın Baş naziri postuna yeni namizəd irəli sürülüb
14:10
33

Qazaxıstanın Baş naziri postuna yeni namizəd irəli sürülüb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Baş naziri postuna Oljas Bektenovun namizədliyini irəli sürüb.

O, hazırda Prezident Administrasiyasına rəhbərlik edir.

1980-ci ildə Almatıda anadan olan O.Bektenov Qazaxıstan Dövlət Hüquq Akademiyasını bitirib. Müxtəlif illərdə Prezident Administrasiyasında fərqli vəzifələrdə çalışıb.

Xatırladaq ki, Qazaxıstanın Baş naziri Alixan Smailov idi. O, 2022-ci il yanvarın 11-dən bu postu tuturdu.

Kasım-Jomart Tokayev fevralın 5-də hökuməti istefaya göndərib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ