RU
Qazaxıstanın Baş Prokurorluğu: “Növbədənkənar prezident seçkiləri sakit şəraitdə keçirilir”
12:00
75

Qazaxıstanın Baş Prokurorluğu: “Növbədənkənar prezident seçkiləri sakit şəraitdə keçirilir”

"Qazaxıstandakı növbədənkənar prezident seçkiləri sakit şəraitdə keçirilir”.

7NEWS.Az xəbər verir ki, bunu ölkənin Baş Prokurorluğunun nümayəndəsi Əzəmət Serqazin deyib.

"Seçki günü, eləcə də bütövlükdə seçki kampaniyası sakit şəraitdə keçir. Bu saata kimi vətəndaşların seçki hüquqlarının pozulması və digər qanunsuz hərəkətlər qeydə alınmayıb. Seçkilərlə bağlı müraciətlər prokurorluğa daxil olmayıb” - deyə, o bildirib.

Qeyd edək ki, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində yerli vaxtla 12:00-dək 38,55 faiz seçici fəallığı qeydə alınıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ