Qazaxıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
M.Xusainov Sualtı Hücum Komandanlığını (SAT) ziyarət edib. Baş Qərargah rəisinə SAT-ın fəaliyyəti və imkanları barədə məlumat verilib.








