Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışıqları aparıb.
7NEWS.Az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışıqları zamanı Qazaxıstanda hazırkı vəziyyət müzakirə olunub. Dövlət başçıları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının yaxın vaxtlarda videokonfrans formatında keçirilməsi təklifinə dəstək ifadə ediblər.
Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi KTMT-nin hazırkı sədri kimi bu tədbiri təşkil edəcək.
7NEWS.Az








