RU
Qəbul imtahanında səhv sual olub? - FOTO
15:43
309

Qəbul imtahanında səhv sual olub? - FOTO

Dövlət İmtahan Məktəbi tərəfindən keçirilmiş II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.

7news.Az-ın məlumatına görə, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, iki cavabı olan suallardan biri 91 saylı test tapşırığıdır:

"Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir. Burada hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.

 


 


7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ