RU
Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA
13:01
271

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

"Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

7News.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə pandemiya dövründə DİM-in fəaliyyəti, təxirə salınan imtahanlar, gələcək işlər və digər məsələlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, imtahanların keçirilməsi DİM-ə veriləcək vaxta uyğun tənzimlənəcək:

"Bizə hələlik məhdudiyyət qoyulmayıb. Ona görə ümidvarıq ki, biz iki dəfə imtahan keçirə biləcəyik”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ