Qəddafi AZADLIĞA BURAXILDI – Yeri məxfi saxlanılır
Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin edama məhkum edilmiş oğlu Seyful İslam Qəddafi azadlığa buraxılıb.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya müvəqqəti hökuməti Ədliyyə Nazirliyinin mətbuat sözçüsü İssa əş-Şahir məlumat verib.
Məlumata görə, Ədliyyə Nazirliyi Qəddafinin təhlükəsiz ərazidədir.
2011-ci il oktyabrın 20-də Müəmmər Qəddafinin Sirtə şəhərində xalq kütləsi tərəfindən öldürülməsindən bir müddət sonra Seyful İslam Qəddafi həbs edilmişdi. 5 ilə yaxın həbsxanada qalan oğul Qəddafi barəsində, aksiyaları zorakılıq yoluyla yatışdırmaq, aksiyaçıları öldürmək, şəhər və kəndləri mühasirə etmək və ictimai əmlaka ziyan vermək ittihamı ilə edam hökmü verilmişdi.//big