RU
Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib
15:50
251

Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib

Ukraynanın Qeniçesk şəhəri Xerson vilayətinin müvəqqəti paytaxtı seçilib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının nümayəndəsi Aleksandr Fomin bildirib.
Buna səbəb kimi əsas dövlət orqanlarının həmin şəhərdə yerləşməsi göstərilib.

Rusiya Silahlı Qüvvələri bu ilin 27 fevralında Qeniçesk şəhərini nəzarətə götürmüşdü. Bu şəhər Azov dənizi sahilində yerləşir, dəniz limanı və kurort kimi tanınır.

Xatırladaq ki, noyabrın 9-da xüsusi hərbi əməliyyatlar keçirilən ərazinin komandanı Sergey Surovikinin təklifinə əsasən, Rusiya müdafiə naziri Sergey Şoyqu ordu birləşmələrinin Xerson vilayətində Dnepr çayının sağ sahilindən köçürülməsi əmrini verib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ