7NEWS.az xəbər verir ki,Millət vəkili, Avrasiya Beynəlxalq
Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva, Regional Hüquqi və İqtisadi
Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Masallıda Aprel döyüşlərinin qəhrəman
şəhidlərinin ailələrini ziyarət ediblər. Güllütəpə kəndindəqəhrəman şəhidimizFirdovsi
Bağırzadəninailəsini,Viləş(Kalinovka)kəndindəqəhrəman şəhidimizNurlan
Əsgərovunailəsini ziyarət zamanı millət vəkili Q.Paşayeva deyib ki, şəhidlərimiz
kimi, onların ana-ataları, ailı üzvləri də bizim üçün çox qiymətlidir. Millət vəkili
Q.Paşayeva Aprel zəfərinin ölkəmiz üçün böyük önəmindən, düşmənə böyük zərbə
olmasından danışaraq belə qəhrəman oğulları böyüdən sizin kimi ata-anaların
qarşısında baş əyirik deyib.Ali Baş Komandanımız, cənab Prezidentin Aprel zəfəri
ilə bağlı fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin
qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün işlərin daha
da artacağına inandığını deyib.
Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, biz hamımız, o cümlədən şəhid
ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında
torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o
zaman sakitlik tapacağına əmindirlər. Q.Paşayeva "o gün uzaqda deyil, inşallah
torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”-
deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. "Aprel şəhidlərimizin
ailələri ilə görüşündə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid
ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı
etmişdi", - deyən millət vəkili Q.Paşayeva "hər zaman sizin
yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz", - deyib.Millət
vəkili, Avrasiya Beynəlxalq Araqşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva,Regional
Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova Aprel şəhidlərimizin
ailələri ilə geniş söhbətlər ediblər, qayğıları ilə maraqlanıblar və hər zaman
yanınızdayıq deyiblər.Onlar bildiriblər ki, şəhid ailələrimizə dəstək
olmaq hər bir azərbaycanlının borcudur.








