RU
Qərbi Afrikada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb
22:50
1013

Qərbi Afrikada koronavirusdan rekord sayda ölüm halı qeydə alınıb

Koronavirus pandemiyasının başlanmasından bəri rekord ölüm sayı qeydə alınıb.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika ofisinin rəhbəri Matshidiso Moeti Afrikada koronavirusla bağlı vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirib.

"Qərbi Afrikada COVID-19 səbəbindən son dörd həftədə ölüm sayı artaraq 348-dən 1018-ə yüksəlib", - M.Moeti deyib.

ÜST nümayəndəsi qeyd edib ki, Qərbi Afrikadakı vəziyyət bütün tibb işçilərindən xüsusi səy tələb edir.

Hazırda yeni koronavirusa yoluxma hallarının qeydə alındığı 23 Afrika ölkəsindən 9-u qitənin qərbində yerləşir. Bunların arasında digər təhlükəli xəstəliklərin yayılması ilə mübarizə aparan Fil Dişi Sahili, Qvineya və Nigeriya da var./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ