RU
Qırğızıstan bir sıra ölkələrin 40-a yaxın vətəndaşını Qazaxıstandan təxliyə edib
22:20
510

Qırğızıstan bir sıra ölkələrin 40-a yaxın vətəndaşını Qazaxıstandan təxliyə edib

Qırğızıstan hakimiyyəti Rusiya, Tacikistan və Özbəkistanın 40-dan çox vətəndaşını Qazaxıstan ərazisindən çıxarıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyi əmin edib ki, onlar qonşu ölkədəki vəziyyəti daim izləyirlər və diaspor təşkilatları ilə əlaqə saxlayırlar.

Sərhəddəki keçid məntəqələri vasitəsilə Qırğızıstan vətəndaşlarının təxliyəsi istiqamətində işlər davam etdiriləcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ