Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan Prezidenti, eləcə də Rusiya və Ermənistan liderləri ilə Qazaxıstandakı mövcud vəziyyəti müzakirə edib.
Bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Prezident KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə bir sıra telefon danışığı aparıb. Dövlət başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinla telefonla danışıb. Ölkələrin liderləri Qazaxıstan Respublikasındakı mövcud vəziyyəti müzakirə etdilər", - xəbərdə deyilir.








