Qırğızıstanın xüsusi xidmət orqanları Bişkek şəhərində 3 İŞİD üzvünü saxlayıb.
Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Məlumata görə, saxlanılanlardan ikisi Əfqanıstanda İŞİD-in qolu olan "Vilayət Xorasan" terror qruplaşmasına qoşulmaq üçün ölkədən çıxmağa can atırmış, üçüncü şəxs isə onların çıxışının təşkilinə cavabdeh imiş./apa
7NEWS.Az








