RU
Qırğızıstanla Tacikistan arasında atışma: 2 yaralı
21:20
263

Qırğızıstanla Tacikistan arasında atışma: 2 yaralı

Tacikistanla Qırğızıstan sərhəddində yenidən gərginlik yaranıb və bu gərginlik tərəflər arasında silahlı olaya səbəb olub. Tərəflər arasında baş verən atışmada 2 qırğız sərhədçisi yaralanıb.

"Ölkə.Az” RİA-Novostiyə istinadən xəbər verir ki, 8 iyulda 4 qırğız sərhədçisi  qanunsuz olaraq Tacikistanın Soqdi vilayətində Rosrovut rayonu ərazisində dövlət sərhəddini keçib. 

Üzərlərində Kalaşnikov avtomatı olan sərhədçilər Devaştiç rayonunun sakinlərinə məxsus 9 atı oğrulayıb aparmaq istəyiblər. Tacik sərhədçilərin xəbərdarlığına baxmayaraq qırğız sərhədçilər  onlara atəş açıb. Cavab atəşi nəticəsində isə 2 qırğız sərhədçisi yaralanıb.

Hazırda hadisə araşdırılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ