RU
14:50
28

"Qız onu içizdirib..." - Yusuf Atalayın anası DANIŞDI - VİDEO

Bakıda iki yeniyetmənin hamam otağında dəm qazından zəhərlənməsi ilə nəticələnən hadisə ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

Hadisə nəticəsində Ağdaş rayon sakini, 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay həyatını itirib. Yevlax rayon sakini, 2012-ci il təvəllüdlü T.B (ad şərtidir) isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilib. Mərhumun anası oğlunun günahsız olduğunu bildirərək onun qınanmamasını istəyib.

Ana iddia edib ki, oğlu həmin ünvana qız tərəfindən aparılıb: 

"Onu qız ora aparıb. Qız onu içizdirib. Qız uşaqları da göndərib ki, siz gedin gəzin. Mənim balama oyun qurdular. Qıza heç bir şey olmayıb. Qız bu gün öz ayağı ilə xəstəxanadan gizli-gizli evimə gəldi, mənim evimdə hamama girdi, duxu vurdu, paltarını dəyişdi, çıxdı getdi".
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ