31 yaşlı qadın sevgilisini döyüb.
7News.Az Dailymail-ə istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında qadın sevgilisini döydüyünə görə saxlanılıb.
Floridanın Tampa şəhərində yaşayan 31 yaşlı Rebeka Lin Felps (Rebecca Lynn Phelps) intim təklifini rədd edən sevgilisini döydüyünə görə tutulub.
Polisin verdiyi məlumata görə, o, birlikdə yaşadığı oğlanla cinsi əlaqədə olmaq istəyib. Oğlan təklifi rədd etdikdə Rebeka onu döyüb. O, sevgilisinin üzünü cırmaqlayıb, cinsiyyət orqanına xəsarət yetirib.
Qeyd edək ki, Rebeka 14 ay ərzində ikinci dəfədir yatma təklifini rədd edən sevgilisini döydüyünə görə saxlanılır. O, oğlanı döyən vaxt sərxoş halda olub.

7News.Az








