RU
Qızıl meydanda hərbi parad başlayıb
11:23
883

Qızıl meydanda hərbi parad başlayıb

Moskvada Qızıl meydanda İkinci Dünya Müharibəsində Qələbənin 71-ci ildönümünə həsr edilmiş hərbi parad başlayıb.

7News.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hərbi parada 10 mindən çox hərbi qulluqçu, 135 hərbi maşın və Qələbədən ötən 71 illə əlaqədar 71 təyyarə və vertolyot iştirak edir.

İlk dəfə hərbi paradda Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da iştirak edirlər. Hərbi paradda yeni texnika və silah növləri nümayiş etdirilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ