RU
Qızının məzarına gedən ana gözlərinə inanmadı: Hərəkət etməyə başladı - VİDEO
13:40
375

Qızının məzarına gedən ana gözlərinə inanmadı: Hərəkət etməyə başladı - VİDEO

Türkiyədə övladını itirən bir qadının paylaşdığı video sosial media istifadəçilərini göz yaşlarına boğub.

Nehir adlı azyaşlı qızcığaz SMA xəstəliyindən əziyyət çəkirmiş. Təəssüf ki, bir müddət öncə körpə həyatını itirib.

Ötən gün Nehirin anasının övladını ziyarət etdiyi zaman çəkdiyi video izləyənləri həm kədərləndirib, həm də təəccübləndirib. Bu görüntülərdə ana hər dəfə məzara yaxınlaşanda daha əvvəldən məzara bərkidilən "külək gülü" oyuncağının hərəkət etməyə başlaması əks olunur.

Qeyd edək ki, SMA sinir-əzələ xəstəliyi olub, genetikdir. Xəstəlik körpəlikdən 20 yaşına qədər istənilən yaş dövründə başlaya bilər, lakin uşaq yaşda başlayan formaları daha çox yayılıb və ağır gedişata malikdir.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ