İstanbulda 2 qadını model edəcəyini vəd edib aldadaraq zorlayan Cüneyt Palanın otel otağında öldürülməsi ilə bağlı istintaq tamamlanıb.
Prokuror həbs olunan 2 qadın üçün ömürlük həbs cəzası istəyib.
Taksimdəki bir otelin 401 nömrəli otağında cinayətlə bitən hadisənin əhvalatı iddianamədə belə izah edilib:
"41 yaşlı Cüneyt Pala Vanda uşaq bağçası müəllimi olan 30 yaşlı Dilek D. və Hatayda tələbə olan Gülşah Ş. ilə Instagram-da tanış oldu. Özünü beynəlxalq markaların reklam meneceri olaraq tanıdan Pala 2 qadına çəkilişlərdə modellik təklifi etdi. Qadınlar da tələbə əsasən Palaya açıq-saçıq fotolarını göndərdi.
Cüneyt Pala "katoloq çəkilişi" üçün Dilek D. və Gülşah Ş. ilə fərqli tarix və şəhərlərdə görüşdü. Oteldə bir neçə gün davam edən "çəkilişlər" zamanı qadınların çılpaq fotolarını da çəkən Pala zorla cinsi əlaqəyə də girdi. Pala tez-tez pul istəməyindən şübhələndiyi Dilek D.-ni çəkdiyi ədəbsiz fotoları ilə təhdid etməyə başladı.
Aldadıldığını anlayan və fotolarını istəyən Dilek D. saxta bir hesab açaraq Palanın təqib etdiyi qızlarla ünsiyyət qurmağa başlayıb. Bu kəslərdən biri 22 yaşlı tələbə Gülşah Ş. idi. Gülşah Pala-nın onu da modellik vədi ilə aldatdığını, pulunu aldığını deyib. Bundan sonra 2 qadın Cüneyt Palayla İstanbulda görüşmək üçün plan qurub.
Bu ilin 28 aprel tarixində hər 2 qadın da Taksim meydanının 150 metrliyində bir oteldə otaq kirayəyə götürdü. Bibər qazı, paltar ipi və bıçaqla hazırlıq görən qadınlardan Gülşah Ş. gecə yarısı Palanı otelə dəvət etdi. Pala qadınların kirayəyə götürdüyü 401 nömrəli otel otağına getdi. Plana görə, Dilek D. otağa gizlicə girəcəkdi. Ancaq qapını Cüneyt Pala açdı. Tələyə düşdüyünü anlayan Pala Dilek D.-ya hücum edərək yaraladı. Bu məqamda Gülşah Ş. bibər qazını onun üzünə sıxıb. Dilek D.-nin 2 dəfə bıçaqla vurduğu Cüneyt Pala öldü".
Ömürlük həbs istənilən 2 qadının məhkəməsi qeyri-müəyyən zamana qədər təxirə salınıb./milli
7news.Az








