RU
Qızlar, pivə, dərman: Türkiyə vətəndaşının Bakıdakı
11:40
880

Qızlar, pivə, dərman: Türkiyə vətəndaşının Bakıdakı "kef məclisi"nin sonu… - VİDEO

Bakıda Türkiyə vətəndaşı Yıldız Sürəyya Ziyan qarət olunub. 

7News.az xəbər verir ki, bu barədə o, Nərimanov rayon 18-ci polis idarəsinə şikayət edib. 

Polisə ifadəsində zərərçəkmiş 500 ABŞ dolları, 150 AZN və 2 mobil telefonunun oğurlandığını bildirib. 

Həyata keçirilən əməliyat axtarışları nəticəsinə cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıb. 

Saxlanılan şəxslər hadisə günü Türkiyə vətəndaşının evində olublar. Onlar birlikdə eyib-içdikdən sonra Yıldız Sürəyya Ziyan mətbəxə keçərkən, onun pivəsinə yuxu dərmanı ataraq evi soyublar.

APA TV-yə istinadən istintaq prosesindən olan görüntünü oxucuların diqqətinə çatdırırıq:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ