Ələtdə baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
7NEWS.Az xəbər verir ki, Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili "Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
20.56
Qəza ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasına müraciət edilib. Hadisə yerinə tibb briqadaları cəlb olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qaradağ rayonu, Qobustan qəsəbəsində baş verən qəza ilə əlaqədar 1 nəfər kişi hadisə yerində ölüb, 4 nəfər (biri kişi, üçü qadın olmaqla) Kliniki Tibbi Mərkəzə təxliyə edilir.
20.51
Qobustan rayonunun ərazisində ağır yol-nəqliyyat qəzası baş verib.
7NEWS.Az-ın xəbərinə görə, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
7NEWS.Az








