Gürcüstanda aşkar olunmuş koronavirusa yoluxma hallarının sayı son gündə 1043 nəfər artıb, daha 20 nəfər ölüb.
7News.Az "StopCov” saytına istinadla xəbər verir ki, pandemiya başlayandan bəri ölkədə 373.728 yoluxma aşkar edilib. Eyni zamanda, 357.090 xəstə sağalıb və ümumən 5.415 nəfər vəfat edib.








