ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Bu baradə 7news.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, monitorinq insidentsiz başa çatıb.
7news.Az








