RU
QUBADA ANA VƏ QIZINI AVTOMOBIL VURUB, UŞAQ ÖLÜB
16:50
499

QUBADA ANA VƏ QIZINI AVTOMOBIL VURUB, UŞAQ ÖLÜB

Qubada piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, iyunun 24-də saat 22 radələrində Quba rayonunun Gədik kəndi ərazisində Rəşad Qələmiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub. 

Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, həkimlər Nazlının həyatını xilas edə bilməyiblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ