RU
Qubada DƏHŞƏT: 5 otaqlı ev yanıb kül oldu - VİDEO
15:36
528

Qubada DƏHŞƏT: 5 otaqlı ev yanıb kül oldu - VİDEO

Qubanın Timiryazev qəsəbəsində yerləşən evlərdən birində yanğın hadisəsi baş verib.

7News.az xəbər verir ki, Qəsəbə sakini Müşfiq Rəsulova məxsus ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli, 5 otaqdan ibarət olan ev alışıb.

Nəticədə tikilinin dam örtüyünün və 3 otağının yanar konstruksiyaları, 60 kvadrat metr sahədə yararsız hala düşüb. Alov söndürülüb, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Müşfiq Rəsulov – Zərərçəkən: "Hadisə səhər saat 4 radələrində oldu. Evdə hamı yatmışdı, özümüz gec xəbər tutduq. Birinci koridordan başladı yanğın. Evdəki azyaşlı uşağı həyətə çıxartdım. Qayıdan da gördüm ki, ev alışıb yanıb”.

İlkin ehtimallara görə yanğın, elektrik naqillərindəki qısaqapanmadan baş verib. Hadisənin dəqiq səbəbləri isə araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ