RU
lombard
Qubada qarın hündürlüyü 20 santimetrə çatdı - FOTO
12:40
258

Qubada qarın hündürlüyü 20 santimetrə çatdı - FOTO

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin pisləşib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, regionun bütün rayonlarına qar yağıb.

Ən çox yağıntı Quba rayonunda qeydə alınıb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Rayon mərkəzində mənfi 3,6 dərəcəyədək enib. Rayonun Qrız kəndində qarın hündürlüyü 15 sm, temperatur mənfi 15 dərəcə, Xaltanda isə qarın hündürlüyü 12 sm, temperatur isə mənfi 5,7 dərəcə olub.

Şabran rayonunda qarın hündürlüyü 12 santimetr, havanın temperaturu isə mənfi 1,4 dərəcəyədək enib.

Xızının Altıağac qəsəbəsində 12 santimetr qar, Qusarın Yasaq kəndində isə 5 santimetr qar müşahidə olunub.

7News.Az

 

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ