Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev erməni hüquq müdafiəçilərinin Bakıya gəlişini və "Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradılmasını dəstəkləyib.
Q.Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat həmkarı Azay Quliyevin bu məsələ ilə bağlı fikirlərini dəstəklədiyini söyləyib:
"Əgər Ermənistan vətəndaşları Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf edirsə, Azərbaycan qanunlarına hörmət edirsə, doğrudan da onlar hörmətə layiqdirlər. Mən bu məsələ ilə bağlı Azay Quliyevin fikirlərini dəstəkləyirəm”.








