Qüds şəhərinin girişində baş verən partlayışda 7 nəfər yaralanıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Kan” radiostansiyası məlumat yayıb.
İsrail ordusunun "Qaley SAXAL" radiosu isə hadisə nəticəsində 10 nəfərin yaralandığını bildirib. Onlardan birinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi araşdırılır.








