RU
Qusarda Türkiyə vətəndaşı qəzada öldü
15:50
318

Qusarda Türkiyə vətəndaşı qəzada öldü

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə avqustun 23-də saat 16 radələrində Qusar rayonunun Samur qəsəbəsinin ərazisində baş verib .

Salyan rayon sakini E.Salahov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı İsmayıl Şahini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ