RU
Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da səs verdi
16:57
1359

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov da səs verdi

7News.az saytının məlumatına görə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov 1 noyabr Milli Məclisə keçirilən seçkilərdə iştirak edib.

Bu barədə fotonu nazir öz şəxsi səhifəsində paylaşıb.

Xatırladaq ki, bugün Azərbaycan Respublikası Milli Məclisinə seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 15:00-a olan nəticələrini açıqlayıb.

Mərkəzin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 15:00-dək seçicilərin 2 230 750 nəfəri səsvermədə iştirak edib.

Onun sözlərinə görə, saat 15:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 42.9 faiz təşkil edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ