RU
Rabitə və yüksək texnologiyalar nazirinə yeni müavin
12:46
10050

Rabitə və yüksək texnologiyalar nazirinə yeni müavin

Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

7News.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.

O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildənHərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Xatırladaq ki, hazırda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ