RU
Ramiz Mehdiyev Moskvadadır
22:15
572

Ramiz Mehdiyev Moskvadadır

Noyabrın 16-da Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Təhlükəsizlik şuraları katiblərinin illik iclası keçirilib. İclasda MDB məkanında təhlükəsizliyin təmin olunmasına dair bir çox məsələlər müzakirə edilib.

7news.Az Azərtac-a istinadən xəbər verir ki, ölkəmizi iclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər.

Novruz Məmmədov müsahibəsində bildirib ki, MDB-nin yaradılmasının 25-ci ildönümünə həsr edilmiş iclasda ötən dövrdə görülən işlər, əldə olunan nəticələr və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ