Bakıda bəzi Dövlət Yol Polisi (DYP) əməkdaşları sürücülərə cərimə yazmaq üçün fantazaiyalarına güc verərək daha bir maraqlı üsula əl atıblar. Artıq onlar paytaxtın bəzi ara küçələrində ağacların altında gizlənməyə başlayıb.
Sürücülərin sosial şəbəkədə paylaşdığı video da buna bariz nümunədir. Belə ki, 99 YP 265 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən DYP əməkdaşı Baş Leytinant Səlimov Mehdi Nərimanov rayonunu Yusif Hacıbəyli küçəsində ağaclıqda dayanaraq sürücüləri cərimələyir.
Yayılan videoda sürücülər deyir ki, DYP əməkdaşı Baş Leytinant Səlimov Mehdi Nərimanov ağacların arasında gizlənərək gələn avtomobilləri haqsız yerə saxlayır. Onlar qeyd edir ki, DYP əməkdaşı sürüclərdən ya rüşvət alır istədiyinə nail olmayanda cərimə yazır.
Belə ki, ağacların arxasındakı yol polisi tərəfindən saxlanılan sürüclərə eyni xəta barədə məlumat verən DYP əməkdaşı Baş Leytinant Səlimov Mehdi Nərimanov bəzilərinə cərimə yazır, bəziləri ilə də "salam-sağol" edib yola salır.
Videoda digər sürücü də yaxınlaşaraq DYP əməkdaşı Baş Leytinant Səlimov Mehdi Nərimanovun rüşvət aldığını və qanunsuz olaraq sürücüləri saxladığını qeyd edir.
Bəzi yol polisi əməkdaşlarının yolun görünməyən hissələrində, əsasən də, ağacların arasında gizlənməsi halları sürücüləri çox ciddi narahat edir. Hətta, yol polisinin bu hərəkətləri gülünc vəziyyət kimi qəbul olunur və heç də xoş olmayan ifadələr işlədilir.
7News.Az








