"Bizim regiona təcili səfər etməklə bağlı planımız yoxdur".
7news.Az xəvər verir ki, bu sözləri açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
O, Fransanın yeni təyin olunmuş həmsədrinin bölgədə olduğunu, Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar apardığını qeyd edib: "Əgər faydalı olacaqsa, biz istənilən vaxt bölgəyə səfər etməyə hazırıq".
Səfir bir daha dekabrın 31-dən vəzifədən gedəcəyini, yeni müvəqqəti həmsədrin yaxın gələcəkdə təyin olunacağını bildirib.
7News.Az








