RU
18:28
390

"Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır" - DEPUTAT

"Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Məmurlar ilk növbədə xalqa xidmət etməli, xalqla bir yerdə olmalıdır”. Cənab prezidentin bu ifadəsi bir daha göstərdi ki, hər kəs qanun qarşısında bərabərdir və vəzifəsinə məsuiyyətsiz yanaşan hər kəs öz cəzasını alacaq. Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbulu zamanı bildirdiyi kimi əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur”.
Bunu 7NEWS.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Həqiqətən bu gün regionlarımız günü gündən inkişaf edir. Görülən işlər, həyata keçirilən layihələr, dövlət proqramları bunu deməyə əsas verir. Əlbəttə yerlərdəki məmurlar bu məsələlərdə daha məsuliyyətli və yaradıcı olmalıdır. Düzdür, ölkəmizdə uzun illər aparılan kadr siyasəti öz müsbət nəticələrini verir. Ancaq buna baxmayaraq yenə də biz istisnaları görürük. Prezidentin də qeyd etdiyi kimi Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Vaxtilə qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar demək olar ki, yox dərəcəsindədir. Bu fikrə düşənlər isə əlbəttə ki məhkəmə qarşısında cavab verir. Bu baxımdan Prezidentin çıxışı zamanı toxunduğu məqamları digər məmurlar özləri üçün mütləq şəkildə bir yol xəritəsi hesab etməlidir. Çünki bu gün Azərbaycan istər daxili, istərsə də xarici siyasətdə ancaq uğurlarla yadda qalır. Hər ilimiz əvvəlkindən daha möhtəşəm keçir. Bütün bunlar isə görülən işlərin bəhrəsidir. Ona görə də heç kim bu işlərə kölkə sala bilməz. Bu fikrə düşənlər isə qanun qarşısında mütləq cavab verəcək”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ