RU
14:08
39

"Rəhimə Atəş" Fizioterapiya və Reabilitasiya Mərkəzi yeni innovativ layihəsini təqdim edir

"Rəhimə Atəş" Fizioterapiya və Reabilitasiya Mərkəzi yeni innovativ layihəsini təqdim edir. Mərkəzin rəhbəri, həkim Rəhimə Atəş Məmmədova "Sağlam Gün Ay” proqramında çıxışı zamanı fizioterapiya sahəsində tətbiq ediləcək unikal yeniliyi açıqlayıb. Yeni sistem sayəsində pasiyentlər artıq klinikaya gəlmədən, mobil tətbiq vasitəsilə ev şəraitində fərdi müalicəvi idman proqramları ilə reabilitasiya keçə biləcəklər.

Məlumata görə, xüsusi mobil tətbiq üzərindən təqdim olunacaq proqramlar hər bir pasiyentin vəziyyətinə uyğun olaraq həkim tərəfindən fərdi şəkildə tərtib ediləcək və birbaşa Rəhimə Atəş Məmmədovanın nəzarəti altında olacaq.

Yeni sistemin bütün yaş qruplarına uyğun hazırlandığı bildirilir. Uşaqlar üçün proqramlar oyun formatında təqdim olunacaq ki, bu da həm marağın artırılmasına, həm də müalicənin daha effektiv həyata keçirilməsinə şərait yaradacaq.

Bundan əlavə, tətbiqdə pasiyentin hərəkətləri izlənəcək və proqramın düzgün yerinə yetirilib-yetirilmədiyi barədə sistem vasitəsilə xəbərdarlıq funksiyası da aktiv olacaq.

Mərkəzdən Klinik.media-ya verilən məlumata görə, layihənin məqsədi reabilitasiya prosesini daha əlçatan, rahat və effektiv etməkdir.

Ətraflı məlumat almaq istəyənlər video təqdimata baxa və ya birbaşa "Rəhimə Atəş" Fizioterapiya və Reabilitasiya Mərkəzinin qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ