Ölü inək Hindistanda kütləvi etiraz aksiyalarına səbəb oldu

Ölü inək Hindistanda kütləvi etiraz aksiyalarına səbəb oldu

Etiraz aksiyalarının gedişatında polis ölüb.

Ölü inək Hindistanda kütləvi etiraz aksiyalarına səbəb oldu.

Etiraz aksiyalarının gedişatında polis ölüb, aksiya iştirakçıları yolları bağlayıb və bir neçə avtobusu yandırıblar.  

İctimai fəallar “İnəklərin müdafiəçiləri dəstəsi” müqəddəs heyvanın ölümündə ittiham edilən gənc toxunulmazları döydükləri əks olunan video yayıldıqdan sonra aksiya keçiriblər. 

Videoçarxda “İnəklərin müdafiəçiləri dəstəsi” dörd yarımçılpaq dalita-toxunulmazları maşına tərəf sürükləyərək bazarın mərkəzində qayış və dəyənəklə döymələri əks edilib. 

Ətrafdakı insanların buna mane olma cəhdlərinin qarşısı sərt şəkildə alınır. Baxmayaraq ki, yerli sakinlər heyvanın özünün öldüyünü, gənclərin isə onu sallaqxanaya apardığını izah etməyə çalışsalar da, inəklərin müdafiəçiləri onların sözlərinə məhəl qoymayıblar./oxu

7news.Az  

Xəbər lenti