RU
Rəşad Dağlı qəzaya düşdü
10:31
5241

Rəşad Dağlı qəzaya düşdü

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb.

Səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb. "Prado" markalı 10 TT 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır./apa

7News.Az


“Rəşad Dağlı qəzaya düşdü - Yaralıdır+Foto


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ