RU
Reseptsiz satılan dərman həyatını məhv etdi - FOTOLAR
16:22
752

Reseptsiz satılan dərman həyatını məhv etdi - FOTOLAR

10 yaşlı uşaq özünü yaxşı hiss etmədiyini söyləyincə valideynləri ona hərarətsalıcı həb verib.

Xander Kabalas adlı uşaq reseptsiz satılan dərmanı içdikdən sonra kor olub.

7News.az xəbər verir ki, Daily Mail yazır ki, dərmanı içdikdən sonra Xanderin qızdırması düşüb, ancaq bir neçə saat sonra yenidən yüksəlib. Həm də bu dəfə vəziyyəti daha da ağırlaşıb...
 
Hərarəti 40 dərəcəni keçən Xander həddindən artıq halsızlaşıb və gözlərindən köpüyə bənzər maye gəlməyə başlayıb. Ailəsi uşağı təcili olaraq xəstəxanaya çatdırıb.

Vəziyyəti getdikcə pisləşən uşağın ağciyərləri çöküb, kəskin tənəffüs çatışmazlığı və bakterial sətəlcəm baş qaldırmağa başlayıb. Bədənində yanıq ləkələri ortaya çıxıb. Dərisi əriyən Xander şok yaşayıb. Həyatını itirməsi an məsələsinə çevrilib.

 

Xanderə Stevens-Johnson sindromu diaqnozu qoyulub. Nadir görünən xəstəlik bir dərmanla həddindən artıq və gözlənilməz tərs reaksiyaya səbəb ola bilir. Simptomları qrip kimi başlayır. Daha sonra bədəndə ağrılı, qırmızı və ya bənövşəyi xallar meydana gəlir. Üst dəri ölür və tökülür.
 
10 yaşlı uşaq 3 həftə boyunca huşsuz bir şəkildə yatdıqdan sonra antibiotik müalicəsi təsirini götərməyə başlayıb. Qızdırmadan 1 ay sonra, nəhayət ki, özünə gəlməyi bacarıb.

İndi həmin hadisədən 3 il keçir. Xander getdikcə yaxşı olur, ancaq ciyərlərindəki problem səbəbiylə nəfəs almaq üçün gündə 3 dəfə sprey istifadə edir.
 
Görmə qabiliyyətini də itirən Xander gözləri işığa həssas olduğu üçün küçəyə çıxarkən eynək taxmaq məcburiyyətindədir.

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ