RU
13:50
453

"Rəsmi nikahım olmadan övlad dünyaya gətirərəm amma..." - VİDEO

Aktrisa Pərvin Abıyeva "10-da görüşək" verilişində qonaq olub.

7News.Az xəbər verir ki, veriliş zamanı aktrisa bir sıra açıqlamaları ilə yenə də gündəmə gəlib. Belə ki, aktrisa aparıcının "sevgilin var?" sualına belə cavab verib:

 

"Sevgilim yoxdur. Belə yaxşıdır. Sevgidən başım çox ağrıyıb, ağrımaqda da davam edir. Mən münasibəti bitirmək istəsəm də qarşı tərəf məndən ayrıla bilmir".

"Rəsmi nikahın olmadan övlad dünayaya gətirərsən?" sualına isə aktrisanın cavabı belə olub:

"Sevdiyim insan razıdırsa övlad dünyaya gətirərəm. Əgər evli deyilsə. Mənim əsas şərtim odur ki, evli olmasın. İstəyər mənimlə ailə qursun, istəyir qurmasın. Amma başqası ilə olmaz. Mənim üçün o şərt deyil. Şəxsi həyatımıdr, istəyərəm uşaq dünyaya gətirərəm, istəyərəm yox".


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ