Roma papası Fransisk aborta qarşı çıxıb.
7News.Az xəbər verir ki, bununla bağlı "Reuters” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, pontifik Romada Müqəddəs Pyotr meydanına gələn on minlərlə insana müraciət edib:
"İnsanı həyatdan etməklə problemin həll olunduğunu düşünmək yanlışlıqdır. Bu, problemin həlli üçün muzdlu qatil tutmaq kimidir”.
7News.Az








