RU
Rubinyan Fransa səfirini Türkiyə ilə normallaşma prosesinə dair məlumatlandırıb
22:10
425

Rubinyan Fransa səfirini Türkiyə ilə normallaşma prosesinə dair məlumatlandırıb

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan Fransa səfiri Ann Luyo ilə görüşüb.

7NEWS.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ruben Rubinyan Fransa səfirini Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması prosesi barədə məlumatlandırıb.

Tərəflər həmçinin Ermənistan-Fransa əməkdaşlığı, eləcə də regional proseslərlə bağlı bir sıra məsələləri müzakirə ediblər.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ