RU
Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni
10:00
23

Rumıniya Rusiya PUA-sı ilə bağlı hadisəni "ciddi və məsuliyyətsiz hərəkət" adlandırıb, NATO müttəfiqləri məlumatlandırılıb - YENİLƏNİB

Rumıniya Qalaç şəhərində yaranmış vəziyyətlə bağlı NATO müttəfiqlərini və alyansın baş katibini məlumatlandırıb.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Buxarest pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.

Nazirlik bildirib ki, məsələ ilə bağlı müttəfiqlərlə məsləhətləşmələr davam etdirilir.

Qeyd olunub ki, Rusiya Federasiyası bu ciddi və məsuliyyətsiz hərəkətlərə görə birbaşa öhdəlik daşıyır.

***

08:48

Rumıniyanın şərqində yerləşən Qalaç şəhərində pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Bu barədə Rumıniyanın Fövqəladə Hallar Müfəttişliyi məlumat yayıb.

Məlumata görə, toqquşma zamanı partlayış baş verib və mənzillərdən birində yanğın yaranıb. Hadisə nəticəsində binanın təxminən 70 sakini təxliyə olunub. Onların bir qismi binanı öz imkanları ilə tərk edib.

İlkin məlumata əsasən, pilotsuz aparatın üzərindəki partlayıcı qurğu tam şəkildə detonasiya edib. Yanğının baş verdiyi mənzildə olan qadın və 14 yaşlı yeniyetmə hadisə zamanı təhlükəsiz əraziyə çıxa biliblər.

Təcili yardım xidmətinin məlumatına görə, qadın birinci dərəcəli yanıq xəsarətləri alıb, yeniyetmədə isə güclü panik atak qeydə alınıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ