RU
Rumıniyada ukraynalıların olduğu avtobus aşıb, onlarla yaralı var
10:45
243

Rumıniyada ukraynalıların olduğu avtobus aşıb, onlarla yaralı var

Rumıniyanın şərqində, Vrancea şəhəri yaxınlığında Ukraynanın 43 vətəndaşının olduğu avtobus aşıb.

Məlumata görə, hadisə zamanı azı 23 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, avtobus Ukraynadan Türkiyəyə gedirmiş, salonda böyüklər və uşaqlar olub. Qəza nəticəsində zərər çəkməyənlər qaçqınların yerləşdirilməsi mərkəzinə aparılıb.

İlkin ehtimala görə, hadisəyə sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub. Zərərçəkənlərdən heç birinin vəziyyətinin ağır olmadığı bildirilir./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ