Antalya rusiyalı turist 60 yaşlı kişini qətlə yetirib.
Hadisə Antalyada baş verib. Avtodayanacaqda ayaq yolu işlədən 60 yaşlı Mehmet Özcan təbii ehtiyaclarını ödədikdən sonra 2 TL-lik pulu ödəməyən rus turist R.K.- ilə mübahisə edib.
Mübahisə zamanı rusiyalı turist Mehmet Özcanın başına yumruqla vuraraq yerə yıxıb.
Ətrafdakıların çağırdığı təcili yardımla xəstəxanaya aparılan Özcan müalicəsinin ardından evə buraxılıb. Bir müddət sonra halı pisləşən Özcan yenidən xəstəxanaya çatıdırlıb. Bu dəfə həkimlərin səylərinə baxmayaraq 60 yaşlı kişi beyin qanamasından dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmaya başlayan polis ətrafdakı təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Keçirilən əməliyyat tədbirəlri nəticəsində R.K şübhəli şəxs qismində saxlanılıb./olke

7NEWS.Az








