Moskvada 28 May - Azərbaycanın Respublika Günü münasibəti ilə qəbul keçirilib.
Qəbulda Rusiyanın və Azərbaycanən yüksək çinli dövlət rəsmiləri, xarici ölkə səfirliklərinin diplomatları, yerli ictimai xadimlər iştirak ediblər. Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkəmizin keçdiyi tarix yolu haqqında ətraflı məlumat verib. Səfir Azərbaycan Demokratik Respublikasının Şərqdə yaranan ilk demokratik dövlət olduğunu vurğulayıb.
Qeyd edilib ki, bu demokratik respublikanın yaradıcılarının ideyalarını bu gün müstəqil Azərbaycanda uğurla həyata keçirirlər. Tədbirdə iştirak edən Rusiyalı siyasi xadimlər Azərbaycanın rəsmi Mosakva üçün etibarlı tərəfdaş olduğunu bildiriblər.
Vladimir Jirinovski ATV-nin Rusiya bürosuna açıqlamasında deyib ki, Rusiya-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir: “Ölkələrimizin münasibətlərində heç vaxt əyrilik ola bilməz. iki dövlət arasında münaqişəli məsələ yoxdur. Əminəm ki, bizim prezidentlərimiz Vladimir Putin və İlham Əliyev hər zaman hər şey haqqında razılığa gələcəklər”./atv.az
7News.Az








